"Ukraynada vəziyyətin gərginləşməsinə son qoymasa, onu daha sərt sanksiyalar gözləyəcək"
Vaşinqtonda Senatın Xarici əlaqələr komitəsində çıxışında Kerri bildirib ki, Rusiyanın açıq-aydın sabitliyi pozulmasında iştirakı və Ukraynanın şərqində separatçı fəaliyyətə qoşulması ciddi narahatlıq doğurur. Ukraynanın şərqində etirazlar Rusiyanın Krımı öz tərkibinə daxil etməsindən təxminən 1 ay sonra baş qaldırıb. Krımın Rusiya Federasiyasına birləşməsini və ümumiyyətlə Krım referendumunu Qərb birmənalı şəkildə rədd edib, nəticələrini tanımayıb. Kerri deyib ki, hazırda müşahidə olunan etirazlar hərbi müdaxilə üçün bilərəkdən yaradılan bəhanədir, necə ki, bu Krımda baş verirdi.
“Birləşmiş Ştatlar və onun müttəfiqləri 19-cu əsrdən qalan davranışlarına görə cavab verməsi üçün Rusiyaya qarşı tərəddüd etmədən 21-cü əsr rıçaqlarından istifadə edəcək”.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev və konqres Rusiyanın Krımı tərkibinə daxil etməsinə cavab olaraq, Rusiyaya qarşı bir sıra iqtisadi-siyasi sanksiyalar tətbiq edib. Kerri xəbərdar edib ki, Mosvka Ukraynanın suverenliyinə hörmət etməyəcəyi təqdirdə, enerji, bankçılıq, dağ-mədən sektorunda əlavə cərimələrlə üzləşməli olacaq.(ANS PRESS)


Şərhlər