Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.
Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.
Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub.
Yanğın saat 19:15-də söndürülüb.
**********

Trend-in məlumatına görə, yanğın Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanında yaşayış olmayan binada baş verib.
Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda yanğının yayılmasının qarşısı alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.
* * *
Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan birində yanğın baş verir.
Trend-in məlumatına görə, artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar.
Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib.
Yanğının konkret hansı binada baş verdiyi dəqiqləşdirilir.
* * *
Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən Ədliyyə Nazirliyinin poliklinikasında yanğın baş verir.
Trend-in məlumatına görə, artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda poliklinikada təmir işlərinin aparıldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib.
Xəbər yenilənir...


Şərhlər