Menu

“Hilton” hotelində qız damarlarını doğradı

14.07.2016, 16:12
“Hilton” hotelində qız damarlarını doğradı

Bu gecə saat 02 radələrində Bakının mərkəzində yerləşən otellərdən birində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 133-də yerləşən “Hilton”da yaşayan 12 noyabr 1995-ci il təvəllüdlü Məmmədli Ülkər Adil qızı hər iki qolunun damarlarını kəsərək özünü öldürməyə çalışıb.

O, dərhal xəstəxanaya yerləşdirilib.

İlkin dindirmə zamanı gənc qız yaşam səviyyəsinin aşağı olması səbəbi ilə həyatına qəsd etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol