"Kral ailəsi bütün Böyük Britaniyalılar üçün nümunədir. Sülalənin üzvləri öz xalqı üçün nümunə olmalı və qüsursuz görünməlidir."
Anspress-in məlumatına görə, bu sözləri Böyük Britaniya Şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, uşaqlarına məşhur brendlər geyindirməməsi ilə bağlı sualları cavablandırıb.
Xanım Middlton, bunun üçün jurnalistlərə beş səbəb açıqlayıb. Bildirib ki, ilk növbədə kral nəslinin nümayəndələri öz statuslarına uyğun geyinməli parlaq və cəlb edici geyimlərdən uzaq durmalıdırlar.
"Kral ailəsinin üzvləri nəsillərin adət və ənənələrinə sadiq qalmalıdır. Corc indi atasının uşaqlıqda geyindiyi kimi paltarlar geyinir. Bu həm gözəl həmdə çox təsirləndiricidir"-deyə Keyt Middlton səbəbləri sadalayarkən bildirib.
[caption id="" align="alignnone" width="600"] Şahzadə Corc[/caption]
Daha sonrakı-3-cü səbəbi açıqlayan Keyt uşaqlarını təvazökar ruhda tərbiyə etdiklərini, Corc və Şarlottanın özlərini digər uşaqlardan üstün tutmasını istəmədiyini qeyd edib.
Sonuncu səbəbi də açıqlayan Kral ailəsinin gəlini müxtəlif bahalı brendləri uşaqlarına geyindirməklə onları reklam etmək istəmədiyini söyləyib.
[caption id="" align="alignnone" width="600"] Şahzadə Şarlotta[/caption]
[caption id="" align="alignnone" width="600"] Şahzadə Uilyam, xanımı Keyt Middlton, övladları Corc və Şarlotta[/caption]


Şərhlər