Menu

Kerri Putin və Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib

14.07.2016, 23:25
Kerri Putin və Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib

ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kerri Moskvaya ikigünlük səfəri çərçivəsində Putin və Lavrovla danışıqlar aparacaq. Lavrovun sözlərinə görə, Kerri ilə görüşdə Suriyada atəşkəs rejiminə dair razılaşmanın icrası məsələsi müzakirə olunacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşlərdə Suriya, Ukrayna və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol