Menu

41 vəzifəli şəxs axtarışa verilib

15.07.2016, 12:20
41 vəzifəli şəxs axtarışa verilib

Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.

Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol