Menu

"Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edirik" - Çavuşoğlu

15.07.2016, 13:46

cavusoglu_13"Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı bir sıra tədbirlər həyata keçirdi. Amma biz bunu etmədik. Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO üzvüyük".

"Report" xəbər verir ki, bu sözləri brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edirik. Münasibətlərin normallaşmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edirəm" - deyə M.Çavuşoğlu sözlərinə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol