Düdelanj səddini keçəcəyi təqdirdə, Azərbaycan təmsilçisi Çexiya komandası ilə qarşılaşacaq
Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Ağdam komandası Lüksemburq "Düdelanj"ını üstələsə, Çexiya "Viktoriya"sı ilə üz-üzə gələcək.
Türkiyə təmsilçisi "Fənərbağça" isə Fransa "Monako"suna rəqib olub.
İlk oyunlar 26-27 iyulda, cavab görüşləri 2-3 avqustda keçiriləcək.

Şərhlər