«Azpoitika.info»nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası yeni ballistik raketlərin imstehsalı üzərində iş aparılır. Silah, 5-ci nəsil sualtı qayıqların silahlandırılması məqsədilə nəzərdə tuitulub («İzvestiya»).
Xəbərdə bildirilir ki, akademik Makeyev adına dövlət raket mərkəzi yeni ballistik raketlərin sınaq-konstruktor işlərinin həyata keçirilməsi üzrə kontrakt alıb. Böyük ehtimalla, bu raketlər 5-ci nəsil «Xaski» perspektiv atom sualtı qayıqları üçün nəzərdə tutulub.
«Hal-hazırda biz, quru və dəniz təyinatlı ballistik raketlərin işlənib hazırlanması üçün Müdafiə Nazirliyinin bir neçə kontraktını yerinə yetiririk. Bunlar, quru hərbi qruplaşmaların yenilənməsi üçün nəzərdə tutulmuş «Sarmat» ağır ballistik raketlərin və eyni zamanda, yeni perspektiv maşınların üzərində sınaq-konstruktor işləridir» - deyə, raket mərkəzinin baş direktoru və baş konstruktoru Vladimir Deqtyar təsdiqləyib.
Bununla belə, baş direktor məsələni geniş şərh etməkdən yayınıb. Hərbi-sənaye komissiyasından isə bildiriblər ki, burada söhbət dəniz təyinatlı yeni ballistik raketlərdən gedə bilər. Bu raketlər Moskva Teplotexnika İnstitutu tərəfindən yeni strateji sistem üzrə hazırlanmış «Bulava» raketlərini əvəzləyə bilər. Raketlər, 955-ci layihə üzrə hazırlanmış «Borey» strateji atom sualtı qayıqlarının silahlandırılması məqsədilə yaradılır.


Şərhlər