Terrorçunun yoldaşından ayrıldıqdan sonra depressiyaya düşdüyü iddia olunub.
Fransanın Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti məlum olub və onun fotosu internetdə yayılıb.
Əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bulel adlı şəxs həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi iddia olunub.
Fransua Olland: Yaralı 50 nəfərin vəziyyəti çox ağırdır
Məlumata görə, şübhəli şəxsin 3 övladı olub. 84 nəfərin qatilinin boşandığı həyat yoldaşı da polis tərəfindən gözaltına alınıb.
Məhəmməd Lahouaiej Bulelin Nitsada yaşadığı evində polis əməkdaşları araşdırma aparıb.
Ötən gecə Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib.(anspress)


Şərhlər