Menu

Türkiyədə daha bir polis məntəqəsinə silahlı - Basqın olub

15.07.2016, 22:09

turk polisiƏraziyə Tuncelidən helikopterlərlə kömək göndərilib

Türkiyənin Tunceli şəhərinin mərkəzindən təxminən 30 kilometruzaqlıqda yerləşən Kılköyü polis məntəqəsinə bomba yüklü avtomobil tərəfindən hücum olub.

“Report” Haberturkə istinadən xəbər verir ki, polis məntəqəsinə yaxınlaşan avtomobil burada partladılıb. Böyük partlayışdan sonra neçə nəfərin yaralandığı barədə məlumat hələki verilməyib.

Əraziyə Tuncelidən helikopterlərlə kömək göndərilib.

Eyni zamanda Tuncelidə də hücumla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Tunceli- Ovacık İlçesi və Tunceli- Nazımiye İlçesi yolları avtomobillərin gediş-gəlişi üçün bağlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol