Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs edilən hərbçilərin sayı 1374-ə çatıb.
Bu barədə "Fox TV" məlumat yayıb. Hazırda İstanbuldakı Kuleli hərbi liseyində əməliyyat keçirilir. Liseydə 80 müdavim saxlanılıb. (APA)
* * *
Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin CNNTürk kanalı məlumat yayıb.
Qeyd edək ki, hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, həmçinin quru və hava qüvvələri komandanlarının yeri barədə heç bir məlumat yoxdur.
Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.


Şərhlər