Rusiya KİV-nin yaydığı məlumata görə, avqust ayında, sınaqlardan sonra Rusiya Federasiyasının hərbi rəhbərliyi Krımda S-400 «Triumf» zenit-raket alay komplekti yerləşdirəcəyini planlaşdırır. Bu barədə 31-ci hava hücumundan müdafiə diviziyası, 18-ci raket alayının qərargah rəisi - alay komandirinin müavini podpolkovnik Yevgeni Oleynikov hərbi məhsulların «Vahid qəbulu günü» xəbər verib (RBK).
«2016-cı ilin avqustunda hərbi-hava qüvvələri 4-cü dövlət mərkəzi poliqonunun Elmi-tədqiqat sınaq mərkəzinin bazasında keçiriləcək ilkin atışlardan sonra, qəbul ediləcək texnika dislokasiya yerinə - Feodosiya şəhərinə yola salınacaq» - deyə, Oleynikov bildirib (sitat «İnterfaks» agentliyinə məxsusdur).
Qərargah rəisinin sözlərinə görə, zenit-raket sistemi komplekti «Almaz-Antey» konserni tərəfindən dövlət müdafiə sifarişləri əsasında istehsal olunub və 18-ci zenit-raket alayının təchizatı üçün nəzərdə tutulub. O, əlavə edib ki, alayın şəxsi heyəti hava-kosmik hərbi Akademiyasının Qatçina şəhərindəki zenti-raket təlim mərkəzində tədris-təlim proqramını uğurla başa vurub.
Buradan, açıq-aydın görünür ki, NATO Şərqi Avropa istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşdıqca, Rusiya da Türkiyəyə doğru «mübarək addımlar» atır...
AzPolitika.info

Şərhlər