Menu

Türklər Ərdoğanın evinin önünə axışır

16.07.2016, 20:42
Türklər Ərdoğanın evinin önünə axışır

Türkiyədə bu gecə dövlət çevrilişinə edilən uğursuz cəhddən sonra bu axşam əhali prezident Rəcəb Tayyib  Ərdoğanın evinin önünə toplaşmağa başlayıb.

ANS TV-nin hadisə yerində olan nümayəndəsi Pərviz Sultansoy axşam saat 8-də prezident  Rəcəb Tayyib Ərdoğanın xalqın qarşısında çıxış edəcəyini bildirib.

Türkiyə prezident adminstrasiyasının nümayəndəsi ANS TV-yə müsahibəsində bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın ölkədən kənarda olması barədə deyilənlər yalandır.   Onun sözlərinə görə, prezident hazırda evində istirahət edir.

Dövlət çevrilişinin qarşısı alındıqdan sonra ölkədə 2900 hərbçi həbs edilib, 2745 hakim və prokuror vəzifəsindən azad olunub. Türkiyə prezidenti isə əhalini küçələrə çıxmağa çağırıb.

İstanbulda Ərdoğanın evinin önündə mitinq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol