Menu

Binəli Yıldırım ABŞ-ı ittiham etdi

17.07.2016, 10:55
Binəli Yıldırım ABŞ-ı ittiham etdi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım dünənki çıxışında Amerika Birləşmiş Ştatlarını (ABŞ) ittiham edib («Exo Moskvı»).

Xəbərdə deyilir ki, Türkiyə hökuməti əmindir ki, ölkədə dövlət çevrilişinə edilən cəhdin ruhverəni müxalif sayılan «Hizmət» hərəkatının tərəfdarları olub. Hərəkatın lideri isə Birləşmiş Ştatlarda yaşayır.

«Türkiyədəki dövlət çevrilişinə edilən cəhdin başında duran şəxsi himayəsi altına alan kəslər Türkiyənin dostu sayıla bilməz!» - deyə, Yıldırım bəyan edib.

Xatırladaq ki, «Hizmət» təşkilatının lideri Fətulla Gülən Türkiyədə məsuliyyətdən yayınmaq məqsədilə artıq xeyli müddətdir ki, ABŞ-a sığınıb. Türkiyə tərəfi bir müddət əvvəl onu geri tələb etsə də ABŞ hökuməti buna imtina ilə cavab verib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol