Menu

Azərbaycan taxıl biçininə kömək üçün Gürcüstana kombayn göndərir

17.07.2016, 12:15
Azərbaycan taxıl biçininə kömək üçün Gürcüstana kombayn göndərir

Azərbaycandan Gürcüstana kömək üçün kombayn göndərilir.

“Aqrolizinq” ASC-nin Tovuz rayon filialının rəhbəri Vidadi Əkbərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə Gürcüstan respublikasının Azərbaycana müraciəti və bağlanan müqavilə əsasında ölkədən qonşu ölkəyə 33 ədəd taxıl biçən kombayn (New Holland və Claas markalı) göndərilir.

Kombaynlar Gürcüstanda taxıl biçininə yardım edəcək və iş sona çatdıqdan sonra geri qayıdacaqlar. Hazırda texnika “Sınıq Körpü” buraxılış məntəqəsindən Gürcüstanan yola salınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol