Menu

Ukraynada prezidentliyə namizədi döydülər - Video

09.04.2014, 22:23
Ukraynada prezidentliyə namizədi döydülər - Video

Ukraynanın Nikolayev şəhərində prezidentliyə namizəd Oleq Tsarev döyülüb. O, həmçinin yumurta atəşinə tutulub.

Virtualaz.org saytının Ukrayna mənbələrinə istinadən verdiyi xəbərə görə, millət vəkili Oleq Tsarev aprelin 7-də Nikolayev şəhərində aksiyalar zamanı xəsarət alan antimaydançıları ziyarət etmək üçün xəstəxananın həyətinə daxil olarkən ciddi etirazlarla qarşılaşıb. Oleq Tsarevi xəstəxanaya buraxmadıqlarından o, geri qayıtmalı olub.

"Xalq müqaviməti"nin fəallarından olan Aleksandr Yantsen bundan bir gün əvvəl elan etmişdi ki, Tsraev xəstəxanaya gəlsə, onunla haqq-hesab çəkiləcək. O.Tsarev maşından düşüb xəstəxanaya tərəf getmək istəyəndə Yantsen vədinə əməl edərək adamları ilə birgə deputata hücum çəkib. Tsarev döyülərək xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol