Menu

ABŞ-da 3 polis öldürülüb - Çoxlu sayda polis yaralanıb

17.07.2016, 20:01

ABSHABŞ-ın Baton-Ruj şəhərində atışma nəticəsində 3 polis əməkdaşı ölüb, çoxlu sayda polis əməkdaşı yaralanıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Atışmada iştirak edən şübhəlilər hələ azadlıqdadır.

Qeyd edək ki, iyulun əvvəlində Baton-Ruj şəhərində polis afroamerikalı şəxsi güllələyib. Bu hadisədən və Minnesotda başqa bir afroamerikalının öldürülməsindən sonra ABŞ-ın bir çox şəhərində etiraz aksiyaları başlayıb. Baton-Ruj şəhərində aksiya zamanı polis 160 aksiya iştirakçısını saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol