Türkiyə prezidenti: "Xalqın tələbini əsla yox saya bilmərik"
"AzPolitika" Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kısıklıda açıqlama verib. Erdoğan: "Təhlükəsizlik güclərimiz bir çox yerdə əməliyyat təşkil edir. Bunlar ilk dərsi aldılar" deyib. Edam şüarlarına cavab isə "Xalqın tələbini əsla yox saya bilmərik" deyə açıqlama verib.
Edam cəzası ilə bağlı şok sözlər
"Edam mövzusunda mütləq bir qərara veriləcəkdir. Qardaşlarım sizin bu tələbinizi hökumət olaraq da dövlət olaraq da bilirik duyuruq. Sizin bu tələbinizi biz yox saya bilmərik. Demokratiyalarda xalq nə deyirsə odur. Bu mövzunu elə zənn edirəm ki, hökumətimiz ana müxalifliyi görüşmək surətiylə mütləq bir qərar veriləcəkdir. Hal-hazırda gərək Amerika gərək qərb hamısına hökumətimiz yazılı mesajları göndərəcək. Terrorist başı, Fətullahçı Terror Təşkilatının başçısını ABŞ-dan istəyəcəyik", deyə Ərdoğan xalqa açıqlama verib.

Şərhlər