Amerikannın CNN kanalında nəşr olunan "Birliyin Vəziyyəti" proqramına Luksemburqdan telefonla qoşulan Kerri, Fəthullah Gülənin qaytarılması prossesinə dair açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı hələ özlərinə rəsmi bir tələbin gəlmədiyini ifadə edən Kerri: "ABŞ kimsəni gizlətmir ya da heç kimi bir şeylə təmin etmir. Bildirdiyimiz şey budur, bizə dəlilləri təqdim edin. Bizim də bununla əlaqədar ekstradisiya şərtləri qarşılayacaq sağlam qanuni bir zəminə ehtiyacımız var", deyə açıqlama verib.
Daha sonra açıqlama verən Kerri: "Türkiyə dövlətinin üsyançılarla bağlı lazımı sənədləri hazırladıqlarını və ən qısa zamanda ABŞ məhkəmə orqanlarına təqdim edəcəklərini,, Türkiyədəki çevriliş cəhdi ilə əlaqədar detalları bilmədiklərini, çevriliş cəhdi ilə heç bir əlaqələrinin olmadığını, özlərinə qanuni şikayəti çatmasını gözlədiklərini, dəlillərin ekstradisiya mümkün edən şərtlərə uyğun gəlib-gəlmədiyini müzakirə edəcəlıərini", də dilə gətirib.

Şərhlər