Türkiyədə dövlət çevrilişinə cəhddən sonra vəziyyət normallaşmamış ikinci çevrilişə cəhd olunub. DHA bildirir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Kayseri vilayətindəki Erkilet rayonunda yerləşən 12-ci aviabazasından havaya qalxan 8 hərbi-nəqliyyat təyyarəsi səhər Malatyanın Erhaç rayonundakı 7-ci aviabazaya eniblər. 2 Airbus A400M və 6 C-130 təyyarələrində yüksək rütbəli 39 zabit, çoxsaylı çavuş və əsgərlər, habelə silah-sursat və hərbi texnika olub.
Həmin hərbçilər Malatyadakı aviabazada F-4E 2020 qırıcı-bombardmançı təyyarələrni ələ keçirərək hərbi çevrilişin ikinci dalğasına başlamaq istəyiblər. Hətta təyyarələrə bomba və raketlər daşınıb.

Polislərlə ARFF heyətləri ağır yük maşınlarını uçuş-enmə zolaqlarına sürərək qırıcıların səmaya qalxmasının qarşısını alıblar. Eyni zamanda uçuş-enmə zolağı 12 bomba atılaraq sıradan çıxarılıb.
Aviabazada dövlət çevrilişinin ikinci dalğasını gerçəkləşdirmək istyənlərin həbsi ilə bağlı əməliyyat aparılıb. Tutulan 39 zabit arasında 12-ci aviabazanın komandanı, general-leytenant Cemal Akyıldız da var.
HHQ-nın polkovniki Erhan Baltaçıoğlu isə Kayseridə yaxalanıb.(milli.az)






Şərhlər