Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib
Bu gün saat 09 radələrində Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəza “Meyvəli” bazarının yaxınlığında, Xocahəsən qəsəbəsi yolunda baş verib.
Belə ki, “Hyundai-Sonata” markalı avtomobil ilə “Hyundai-Tucson” markalı avtomobil toqquşub. Qəzaya uğrayan “Hyundai-Sonata” markalı, 90 AA104 dövlət nömrə nişanlı avtomobil Səbail rayon Polis İdarəsinin rəisinin xidməti avtomobili olub.
Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
ANS PRESS

Şərhlər