«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünyanın 10 ölkəsi və 20 təşkilat dopinq qalmaqalı ilə bağlı Rusiya yığma komandasının Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılmasını tələb edir. Bu gün özəl mənbəyinə istinadla, bu barədə «The New York Times» nəşri yazıb.
«Mümkün olan hər şeyi edirlər ki, idmançılarımız olimpiadaya getməsinlər» - deyə, «Exo Moskvı» radiosuna müsahibəsində Rusiya Olimpiya Komitəsi (ROK) hüquq İdarəsinin başçısı Aleksandra Brilyantova bəyan edib.
Qəzet təsdiqləyir ki, ABŞ, Almaniya, İspaniya, Kanada, İsveçrə, Yaponiyanın və digər ölkələrin antidopinq idarələri, dünyanın hər yerindən olan və olimpiyaçıları təmsil edən bəzi idmançı qrupları iyulun 18-də (oyunların başlanmasına 3 həftədən də az müddət qalarkən) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təzyiq göstərməyə başlayacaqlar.
Bundan başqa, Ümumdünya antidopinq agentliyi iyulun 18-də Rusiyada dopinqdən istifadə barədə növbəti «hesabat»ını dərc edəcək. Bu dəfə təşkilat Soçi Olimpiadasında dopinqdən istifadə məsələsinə toxunacaq.

Şərhlər