Menu

«İncirlik»in komandanı ABŞ-dan sığınacaq istəyib! – İmtina cavabı alıb...

18.07.2016, 14:34
«İncirlik»in komandanı ABŞ-dan sığınacaq istəyib! – İmtina cavabı alıb...

Xarici KİV-in yaydığı məlumata görə, Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan «İncirlik» hərbi bazasının komandanı ABŞ-dan sığınacaq istəyib, amma imtina alıb. Bu barədə dünən «The New York Times» qəzeti xəbər verib.

Mənbənin məlumatına görə, «istirahət günü general Bəkir Ərcan Van ABŞ rəsmi şəxslərinə müraciət edərək, ona sığınacaq verilməsini xahiş edib. Amma ona imtina ilə cavab verilib».

Qəzet digər təfərrüatlar barədə məlumat vermir. Elə həmin gün (bazar günü – red.) KİV-r xəbər vermişdilər ki, «İncirlik» aviabazasının komandanı dövlət çevrilinə cəhdlə əlaqəli olması şübhəsi ilə Türkiyə hakimiyyət qüvvələri tərəfindən saxlanıb. Ondan başqa, bazanın digər zabitlərinin də həbs olunduğu bildirilmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol