Menu

Baş nazir Binali Yıldırım şəhid sayını açıqladı - 145 sivil...

18.07.2016, 14:57

binali_yildirim_010616Türkiyədə şəhid sayı artmaqda davam edir

"AzPolitika" Türkiyə mətbuatına istinadla bildirir ki, Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd edənlərə qarşı əməliyyatlarda şəhid sayı artıb. Belə ki, Türkiyənin baş naziri Binali Yıldırım verdiyi son açıqlamada şəhid sayını açıqlayıb.

Binalı Yıldırım: "Cəhdə qarşı əməliyyatlarda 208 şəhid verdik. Bunların 60 nəfəri polis, 3 əsgər və 145 nəfər də sivil vətəndaşdır" deyə Yıldırım son rəqəmləri açıqlayıb.

Daha sonra açıqlama verən Türkiyənin baş naziri:"Cəhdin qarşısı tam alınmışdır. Türkiyə normal həyata qayıdıb. Vətəndaşlarımızın edam istəyi bizim üçün əmrdir, ancaq tələsərək səhv qərar vermək istəmirik" deyə Yıldırım açıqlama verib.

Baş nazir sonda bütün medya mənsublarına və müxalif partiyalara da təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol