Menu

"Partlayış Zakir Həsənovun əmrinin icra edilməsi zamanı baş verib"

10.04.2014, 10:29
"Partlayış Zakir Həsənovun əmrinin icra edilməsi zamanı baş verib"

Cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində faciə, müdafiə naziri Zakir Həsənovun əmrinin icra edilməsi zamanı baş verib.

Bu barədə Bizimyol.info-ya hərbi qaynaqlardan məlumat daxil olub. Mənbənin məlumatına görə, bir müddət əvvəl cəbhə bölgəsinə səfər edən müdafiə naziri partlayış baş verən ərazidə də olub. Nazir səngərimizin qarşısında olan və boş qalmış, dağılmaqda olan səngərlə maraqlanıb. Nazirə səngərin düşmənin atəş xətti altında olduğuna görə boş saxslanılması, həm də minalanması barədə məruzə edilib. Z.Həsənov səngərin minalaran təmizlənməsi və möhkəmləndirilməsi ilə bağlı əmr edib. Gündüz vaxtlarında ərazidə işləmək mümkün olmadığına görə, gecə səngərin minalardan təmizlənməsi və möhkəmləndirilməsi işlərinə başlanıb. Mənbənin məlumatına görə, əməlliyat uğurla başlanıb və tank əleyhinə 3 mina çıxarılaraq zərərsizləşdirilib. Amma 4-cu mina aşkar edilməyib və əsgərlər qazıntı aparan zaman partlayıcı işə düşüb. Bu minanın altında piyada əleyhinə minanın da yerləşdirilməsi istista olunmur.

Son günlər müdafiə və təhlükəsilik sektorunda itkilərimizin sayı xeyli artıb. Aprelin 7-də cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyev yaralanıb. Əsgər İ. İsmayılov dünyasını dəyişib, zabit R. Əliyev isə ağır vəziyyətdə hospitala çatdırılıb.

Elə həmin gün Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbələri hələ bəlli deyil. Müdafiə Nazirliyi məlumat yayaraq zabitin xidmətlə bağlı heç bir probleminin olmadığını, onun Bakıda xidməti mənzilə təmin olunduğunu açıqlayıb.

Ordumuz üçün qara gün olan aprelin 7-i axşam haqqında yuxarıda danışdığımız hadisə baş verib; bir zabit, iki əsgər olmaqla üç hərbçimiz həlak olub, 6 nəfər isə yaralanıb. Beləliklə bir sutka ərzində ordumuz 5 hərbçisini itirib, 1 nəfər həbs edilib, 7 nəfər isə ağır bədən xəsarətləri ilə hospitala yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol