Xarici KİV-in yaydığı məlumata görə, Çin xalq-azadlıq ordusu (ÇXAO) iyulun 19-dan 21-nə qədər Cənubi-Çin dənizində hərbi təlimlər keçirməyə hazırdır. Bu barədə Çin Xalq Respublikası (ÇXR) dəniz təhlükəsizliyi İdarəsinin bu gün dərc olunmuş məlumatında xəbər verilir («TASS»).
«Hövzənin 4 koordinat nöqtəsi ilə nişanlanmış hissəsində hərbi təlimlər keçiriləcək. Bu zonaya giriş qadağandır» - deyə, idarənin yaydığı sənəddə xəbərdarlıq edilir.
Təlimlər barədə digər təfərrüatlara varılmır. Yerli müşahidəçilər qeyd edirlər ki, bu təlimlərin keçirilməsində məqsəd, hövzənin böyük hissəsinə Çinin iddiasının əsassız olması barədə beynəlxaq arbitraj tərəfindən çıxarılmış qərarın Çin tərəfindən qəbulolunmazlığını nümayiş etdirməkdən ibarətdir
AzPolitika.info

Şərhlər