Menu

Türkiyədə məmurların ölkədən çıxışına qadağa qoyuldu

18.07.2016, 17:49
Türkiyədə məmurların ölkədən çıxışına qadağa qoyuldu

Türkiyə hakimiyyəti dövlət qulluğunda çalışan məmurların ölkədən çıxışına məhdudiyyət qoyub. Məlumata görə, yalnız yaşıl pasportu və xidmət möhürü olan şəxslər ölkədən çıxa biləcəklər. Lakin bu şəxslər də ölkədən çıxmaq üçün işlədikləri yerdən xüsusi sənədlər təqdim etməli olacaqlar.

Bu arada Sosial şəbəkədə "Zirehli Birliklər Məktəbi Tədris Diviziya Komandanlığında bir qrup əsgər tərəfindən eiraza qalxacağı" iddiası yayılıb. Bundan sonra insanlar həmin əraziyə toplaşaraq bələdiyyəyə aid yük maşınları ilə hərbi birliyin qapılarını tutdu.

"AzPolitika"nın məlumatına görə, Ankara bələdiyyəsinə aid yük maşınlarını hərbi birliyin bütün qapılarını bağlayacaq şəkildə park edən sürücülər daha sonra maşınlardan aralanıb.  Əllərində türk bayraqları olan kütlə hərbi birliyin giriş qapısına yaxınlaşıb. Burada onları qarşılayan əsgərlər bu məlumatın həqiqəti əks etdirmədiyini, hətta hərbi çevriliş gecə belə heç bir tankın çıxmadığını bildirib.

Əraziyə gələn xüsusi təyinatlı polislər kütlə tərəfindən təkbir sədaları altında qarşılayıb.

Ərazidəki gərgin vəziyyət davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol