Menu

"Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edilib" - Binəli Yıldırım

19.07.2016, 13:31
"Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edilib" - Binəli Yıldırım

"Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

"Biz ABŞ-a müraciət etdik, zəruri sənədləri göndərdik. Bizdən dəlil təqdim etməyimizi istəyirlər. Axı görünən kəndə nə bələdçi? Ancaq biz yenə də onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Ben Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün israrla dəlil istəyirsiniz? Bu canini, xaini artıq qorumayın", - deyə B.Yıldırım vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol