Menu

Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmisi utilizasiya olunacaq

10.04.2014, 15:03
Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmisi utilizasiya olunacaq

Onların arasında desant gəmisi də var

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarındakı bir neçə gəminin utilizasiyası həyata keçiriləcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Utilizasiya olunacaq gəmilər artıq istismara yaramır. Onların arasında HDQ-nin D-434 bort nömrəli desant gəmisi də yer alır.

Artıq həmin gəmilərin üzərindəki silah sistemləri və naviqasiya cihazları sökülüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, 1992-ci ildən Azərbaycan HDQ-nin inventarında yer alan 770T layihəli D-434 bort nömrəli desant gəmisi 1965-ci ildə Polşanın Qdansk şəhərindəki tərsanədə inşa edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol