Menu

Kolleclərə qəbulun nəticələri açıqlandı - CƏDVƏL

19.07.2016, 19:09
Kolleclərə qəbulun nəticələri açıqlandı - CƏDVƏL

tqdk_bili qiymetlendirilirTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18:00 - dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.

Müsabiqənin nəticələri haqqında məlumatı həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar TQDK-nın rəsmi saytındakı müvafiq cədvəldə təqdim olunub.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol