Menu

Türkiyədə ​34 jurnalistin akkreditasiyası ləğv edilib

19.07.2016, 19:37
Türkiyədə ​34 jurnalistin akkreditasiyası ləğv edilib

Türkiyədə Fətullahçı terror təşkilatına (FETÖ) yaxın kütləvi informasiya vasitələrində çalışan 34 nəfərin akkreditasiyası ləğv edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunların arasında "Meydan" qəzetindən 14, "Samanyolu TV"dən 2, "Irmak TV"dən 3, "Can Erzincan TV"dən 8, "Samanyolu Haber TV"dən 2, "Radyo Mehtap"dan 1, "Taraf" qəzetindən və "Nokta" dərgisindən 4 nəfərin adı var. Onların əksəriyyəti təsisçi, baş redaktor və redaktorlardır.

Məlumata görə, Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsi (BYEGM) iyulun 15-də baş tutmayan hərbi çevrilişdən sonra jurnalistlərin akkreditasiyasının araşdırılmasına başlandığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol