Keçən sutka ərzində Donbasda gedən döyüşlərdə 7 ukraynalı hərbçi həlak olub.Avropa.info xəbər verir ki, bu barədə açıqlamanı antiterror əməliyyatı məsələləri üzrə prezident aparatının nümayəndəsi Andrey Lısenko verib.
“Keçən sutka gedən döyüşlər nəticəsində 7 Ukrayna hərbçisi ölü, 14-ü yaralanıb” – Lısenko belə deyib.
Məlumata görə, separatçılar sutka ərzində 78 dəfə atəş açıblar. Gecə vaxtı Popasnaya, Krımskoe, Stanistsa Luqanskaya məntəqələri atəşə məruz qalıb. Donetsk istiqamətində Zaytsevo, Mayorska, Qorlovka qəsəbələrinin atəşə tutulması davam edir. Başqa istiqamətlərdə də atəşkəs pozulub.
Donbas separatçıları isə növbəsində bildirirlər ki, ukraynalılar onlar istiqamətdə 22 top, 379 minaatan mərmisi atıblar.
Sonuncu dəfə Ukrayna ordusu bu qədər itkini 24 may tarixində vermişdi.


Şərhlər