Menu

Fətullah Gülənin Türkiyə ilə bağlı gizli məktubu yayıldı (FOTO)

10.04.2014, 17:19
Fətullah Gülənin Türkiyə ilə bağlı gizli məktubu yayıldı (FOTO)

4 səhifəlik məktubda Türkiyədə demokrtik vəziyyətin acınacaqlı olduğu qeyd olunub

“Paralel quruluş” adlandırılan Fətullah Gülən camaatına aid olduğu iddia edilən yeni məktub yayılıb.

ANS PRESS-in məlumatına görə, Fəatullah Gülənin fəxri rəhbəri olduğu “paralel quruluş"a aid olan “Sülh Adaları İnsititut”u tərəfindən ABŞ-dakı xarici ölkə səfirliklərinə göndərilən məktubda Türkiyə əleyhinə ağır ittihamların yer aldığı bildirilir.

İngils dilində yazılan 4 səhifəlik məktubda Türkiyədə demokratik vəziyyətin acınacaqlı olduğu qeyd olunub. Həmçinin məktubda Türkiyədə azadlıqların buxovlandığı bildirilir. Ölkə rüşvtəxorluq və korrupsiya məskəni olan bir məkan kimi təqdim edilir. Məktubda Türkiyə hökumətinin 17 dekabr korrupsiya və rüşvətxorluq qalmaqalında tutduğu mövqe də tənqid atəşinə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol