Menu

“Rusiya Krımı özünə birləşdirməyə hazırlaşmırdı” - Putin

10.04.2014, 18:38
“Rusiya Krımı özünə birləşdirməyə hazırlaşmırdı” - Putin

Rusiya Krımı özünə birləşdirməyə hazırlaşmırdı. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ümumrusiya xalq cəbhəsinin fəalları ilə görüşdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O qeyd edib ki, yekun qərar insanların əhval-ruhiyyəsi məlum olandan sonra verilib.

“Hadisələrin bu istiqamətdə inkişaf edəcəyinə hazırlaşmırdıq. Məxfi keçirilən sosioloji sorğulardan sonra məlum oldu ki, Krım əhalisinin 80 faizi Rusiyaya birləşmək istəyir”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol