Menu

Sumqayıtda müftə mal üstündə qırğın düşdü -VİDEO

10.04.2014, 20:34
Sumqayıtda müftə mal üstündə qırğın düşdü -VİDEO

Hadisə Sumqayıtdakı telefon mağazalarından birinin bu gün keçirdiyi reklam aksiyası güclü basabasa, daha sonra isə dəhşətli kütləvi əlbəyaxa davaya çevrilib.

Sosial şəbəkələrdə yayılan məlumat və görüntülərə istinadən xəbər verilir ki, şəhərin mərkəzində telefon mağazalarından biri insanlara müftə mobil telefon aksessuarları (qılaf, qulaqcıq və s.) paylamağa başlayıb. Müftə mal paylandığını eşidib öyrənən insanlar dəstə ilə həmin yerə cumublar, basabas və mübahisə yaranıb. Sonda isə kütləvi əlbəyaxa dava düşüb.

Qeyd edək ki, davanın görüntüləri videoya düşməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol