Menu

Ağdam və Tərtərdə PHS aşkarlanıb

21.07.2016, 14:28
Ağdam və Tərtərdə PHS aşkarlanıb

Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İyulun 21-də Ağdam rayonunun Mahrızlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçrilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 2 800 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyatyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursatların qalıqları aşkar edilib.

Həmin rayonun Şıxarx kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol