Xarici KİV-in yaydığı məlumata görə, Şimali İrlandiyanın Baş naziri «Brexit»dən sonra ölkəsinin Birləşmiş Krallıqdan ayrılaraq, İrlandiya Respublikası ilə birləşəcəyini istisna etmir. Xəbəri «Tayms» yayıb.
Baş nazir xatırladıb ki, 1998-ci il sazişinə uyğun olaraq, Şimali İrlandiya Böyük Britaniyanın tərkibində o vaxta qədər qalır ki, ölkə əhalisinin böyük qismi bunu arzulayır.
Təxminən bir il bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, borc içində üzən Avropa İttifaqı «çat verir». İndi bu çat xeyli genişlənib və cərəyan edən proseslər göstərir ki, Britaniyanın Avropa İttifaqını tərk etməsi böyük ehtimalla, ittifaqın sonunun başlanğıcı olacaq.
Maraqlıdır ki, dağılmaq üzrə olan və uzun müddət Türkiyəni «qapı ağzında» gözlədən bu qurum indi qardaş ölkəni öz sırasına qəbul etməyəcəyi ilə hədələyir. Guya «çatlamış Avropa» Türkiyəyə çox lazım imiş...
AzPolitika.info


Şərhlər