Menu

İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayırdı

21.07.2016, 18:26
İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncam ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol