Menu

“Bandotdel”ə çağırılan baş redaktor sərbəst buraxıldı - YENİLƏNİB

22.07.2016, 19:23
“Bandotdel”ə çağırılan baş redaktor sərbəst buraxıldı - YENİLƏNİB

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılan Arqument.az-ın baş redaktoru Şəmşad Ağa təqribən iki saat davam edən soruşdurmadan sonra sərbəst buraxılıb.

Şəmşad Ağanı bir müddət öncə həbs edilən JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun işi ilə bağlı şahid qismində dindiriblər.

* * *

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Bu barədə Şəmşad Ağa məlumat verib.

Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15:00-da idarəyə çağırıb.

Şəmşad Ağa bildirib ki, ona idarəyə çağırılmasının səbəbi deyilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol