Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi ilə bağlı aparılan araşdırmalar çərçivəsində Doqquz Sentyabr Universitetinin rəhbəri Kamal Abidin Öztürk və daha 2 nəfər vəzifədən uzaqlaşdırılıb.
Axar.az xəbər verir ki, Öztürklə yanaşı, 1 professor və 1 dossent də işdən çıxarılıb.
Qeyd edək ki, Kamal Abidin Öztürk çevriliş cəhdinin əsas təşkilatçılarından olan sabiq Hərbi-Hava Qüvvələri komandanı Akın Öztürkün qardaşıdır.


Şərhlər