Menu

Administrasiyada yeni şöbəyə kim rəhbərlik edəcək?

11.04.2014, 14:09
Administrasiyada yeni şöbəyə kim rəhbərlik edəcək?

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

APA-nın xəbərinə görə, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.

Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.

Qeyd edək ki, indiyədək gənclər təşkilatları Elnur Aslanovun rəhbərlik etdiyi şöbənin nəzarəti altında idi. İndi bu səlahiyyət ictimai-siyasi məsələlər şübəsinə verilir. Yeni şöbəyə kimin rəhbərlik edəcəyi də maraq doğuran məsələlərdəndir.

V.Nəsibov

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol