Menu

Yerevandakı silahlıların yeni şərti

23.07.2016, 13:48
Yerevandakı silahlıların yeni şərti

Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binası yanında 24 saatlıq mətbuat mərkəzi neytral zonada yaradılmalıdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu hakimiyyətlə silahlı qruplaşma arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

Onun sözlərinə görə, bundan sonra qalan iki girov - polis general-mayoru Vartan Yeqiazaryan və polis polkovniki Valeri Osipyan - azad ediləcək.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol