Menu

Goranboy rayon sakini intihar edib

24.07.2016, 12:18

intihar-kendir-mainGoranboy rayonunda intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə ötən gecə rayonun Yeni Veyisli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1952-ci il təvəllüdlü Məhkəmə Yusifov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol