Menu

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində - 1 polis ölüb, 2-si yaralanıb

24.07.2016, 13:17

turkiye-pkk-300x198Terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər

Türkiyənin Tunceli əyalətində PKK terror qruplaşmasının polis nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 1 asayiş keşikçisi həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər.

Hücum zamanı daha 2 polis əməkdaşı yaralanıb.

Türkiyənin xüsusi xidmət orqanları terrorçuların yaxalanması və saxlanılması istiqamətində əməliyyata başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol