Menu

Türkiyədə daha bir rektor həbs edildi - Diclə Universiteti

24.07.2016, 14:39
Türkiyədə daha bir rektor həbs edildi - Diclə Universiteti

Diyarbəkirdə Diclə Universiteti rektoru Ayşegül Jale Saraç zərbə istintaqı daxilində həbs olunub.

"AzPolitika.info"nun məlumatına görə, Fətullahçı terror təşkilatının (fetö) zərbə təşəbbüsü ilə əlaqədar istintaq daxilində nəzarətə alınan Diclə Universiteti rektoru Prof. Dr. Ayşegül Jale Saraç bu gün həbs olunub. "Həyata keçirilən bəzi istintaqlar daxilində" vəzifədən uzaqlaşdırılan, ardından da FETÖ-nün zərbə cəhdi istintaqı daxilində nəzarətə alınan Prof. Dr. Saraç, polisdəki əməliyyatların ardından ədliyyəyə göndərilib.

İfadəsi alındıqdan sonra məhkəməyə çıxarılan Saraç həbs olunub. Prof. Dr. Saraç, Diyarbəkir Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən 20 iyulda Universitetdə nəzarətə alınmış, otaqdakı bəzi sənədlərə əl qoyulmuşdu.

Xatırladaq ki, Türkiyədə cəhdə qarşı əməliyyatlar nəticəsində 10-dan çox Universitetin fəaliyyəti dayandırılıb.

 

ELVİN

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol