Menu

İranda yüz min peyk antennası məhv edilib

25.07.2016, 11:22
İranda yüz min peyk antennası məhv edilib

İranda qanunsuz qəbul qurğularının yayılmasının qarşısının alınması çərçivəsində keçirilən əməliyyatda ən azı 100 min peyk “boşqabı” və qəbul qurğusu məhv edilib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu əməliyyat Tehranda İranın Bəsic qoşunlarının rəhbəri general Məhəmməd Rza Naqdinin iştirakı ilə keçirilib.

Həqiqət ondan ibarətdir ki, peyk televiziyası kanallarının böyük əksəriyyəti ictimai əxlaq və mədəniyyəti pozurlar. Bu kanllar vasitəsilə həqiqətən də boşanmaların artması, social qeyri-sabitlik qazanılır”, - Naqdi deyib.

General qeyd edib ki, İslam respublikasının milyondan çox vətəndaşı peyk televizyalarının qəbulu üçün nəzərdə tutulan qurğuları hakimiyyətə könüllü təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol