Prezident İlham Əliyev Yaşar Əliyevin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
O, bu vəzifədə Aqşin Mehdiyevi əvəzləyəcək.
Yaşar Əliyev 1992-ci ildən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyində çalışıb,
2002-ci ilin martından nümayəndəliyə rəhbərlik edib, eyni zamanda Kubada fövqəladə və səlahiyyətli səfir olub. 2006-cı ildə ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabrına qədər həmin postda çalışıb.


Şərhlər