Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Bağçalı arasında keçirilən görüşlə bağlı açıqlama verilib.Axar.az xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri İbrahim Qalın açıqlamasında oxşar hadisələrin yaşanmaması üçün görüləcək tədbirlərin müzakirə edildiyini bildirib.
"Cənab Prezidentimiz 15 iyul gecəsi çevrilişə qarşı çıxdıqları üçün, demokratiya, azadlıq və qanunun aliliyindən yana açıq və aydın bir mövqe nümayiş etdirdiklərindən dolayı partiya liderlərinə təşəkkür edib, birlik və bərabərlik ruhunun hər cür problemin öhdəsindən gəlmək üçün ən mühüm güc qaynağı olduğunu vurğulayıb", - Qalın qeyd edib.


Şərhlər