İrəvanda patrul xidməti alayının binasını ələ keçirən silahlı qrup bazar ertəsi polisin Chevrolet markalı xidməti avtobusunu yandırıb.
Yerevanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi başlayıb. Nümayişçilər silahlı qrupun qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.
Bildirilir ki, əks təqdirdə müxalifət tək Yerevanda deyil, Ermənistanın digər rayonlarında da itaətsizlik aksiyaları keçirəcək.
Novosti Armeniya-nın verdiyi məlumata görə, ilk olaraq "İrs" partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. Müxalifət nümayəndəsi deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.
"Təsis Məclisi"nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər.
O, həmçinin bildirib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20-də onun müddəti başa çatıb.
Yerevan polisinin yaydığı məlumatda deyilir ki, qiyamçıları 15 il həbs gözləyir. Onlar polisləri, binanı girov götürməkdə, polisə məxsus cilah-sursatı zorla ələ keçirməkdə ittiham olunurlar.



Şərhlər